“Rusiya ordusu Zaporojye vilayətində buğda sahələrini yandırır”.
 Foodinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Oleq Nikolenko öz rəsmi tviter hesabında paylaşıb.
Nikolenko həmçinin Zaporojye vilayətində yanan sahənin fotosunu da paylaşıb: “Rusiyalılar hər dəfə qlobal ərzaq təhlükəsizliyinə önəm verdiklərini söylədikdə bu fotonu xatırlayın. Dünyada milyonlarla insan aclıqla üzləşəcək, çünki Rusiya Ukraynaya qarşı qəddar müharibə başladıb”.