Fitnes-dietoloq və sağlam həyat tərzi məsləhətçisi Yelena Vetroqonskaya qışda masada olması lazım olan faydalı və sərfəli məhsulları sadalayıb.

Foodinfo.az xəbər verir ki, o, çox fayda əldə etmək üçün mövsümi, yerli meyvə və tərəvəzləri və dondurulmuş giləmeyvələri seçməyi tövsiyə edib.

Sağlamlıq məsləhətçisi həmçinin pəhrizinizdə yağlı balıq, hinduşka, ət, qaraciyər, sümük bulyonu, paxlalılar, qoz-fındıq və toxumları və təmizlənməmiş yağları daxil etməyi diqqətə çatdırıb. Mütəxəssis qeyd edib ki, balanslaşdırılmış qidalanma ilə yanaşı, sağlam həyat tərzi, yaxşı yuxu, fiziki aktivlik və stressin olmaması da lazımdır.