Bananı səhər yemək zərərli hesab edilmir, lakin müəyyən şərtlərə diqqət yetirmək vacibdir. Foodinfo.az xəbər verir ki, banan tərkibindəki təbii şəkər, lif, kalium və maqnezium sayəsində enerji verərək günü yaxşı başlamağa kömək edir. Ancaq onu tək başına və ya boş mədəyə yemək qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu, enerji dalğalanmasına və gün ərzində aclıq hissinin artmasına səbəb ola bilər. 

Bananı proteinlə zəngin qidalarla (məsələn, qatıq, kəsmik və ya qoz-fındıq) birlikdə yemək daha balanslı qidalanma təmin edər. 

Həddindən artıq banan yeməkdən çəkinmək və müxtəlif qidalarla zəngin səhər yeməyi hazırlamaq sağlamlıq üçün daha faydalıdır.