Səhər yeməyindən imtina piylənməyə və sağlamlıq problemlərinə gətirib çıxarır.

Bununla bağlı dietoloqlar xəbərdarlıq edib. Onlar bildirirlər ki, səhər yeməyindən imtina zehni işlə məşğul olanlar üçün xüsusilə zərərlidir. İlk yemək orqanizmi “işə salır” və konsentrasiyanı daha uzun müddət saxlamağa imkan verir.

Səhər yeməyi maddələr mübadiləsini sürətləndirərək, onun sürətini təyin edir və həddindən artıq yemək riskini azaldır ki, bu da öz növbəsində piylənməyə səbəb ola bilər. Səhər yeməyini buraxan insanlar özlərini yorğun və əsəbi hiss etmək riskini də daşıyırlar.