Tərkibində yüksək miqdarda kakao olan şokolad qan dövranını sürətləndirir və yaddaşın möhkəmlənməsinə kömək edir.

Foodinfo.az bu haqda xarici KİV-də paylaşılan araşdırmaya istinadla məlumat çatdırır.

Mütəxəssislər bildiriblər ki, tünd şokolad faydalı bioloji maddələr baxımından zəngindir və bu maddələr stressi azaldaraq diqqəti artırır. Eyni zamanda, müntəzəm və ölçülü istifadə ürək-damar sağlamlığı üçün də faydalı hesab olunur.

Alimlər xəbərdarlıq ediblər ki, şokoladın faydasını görmək üçün onun şəkərsiz və ən azı 70 faiz kakao tərkibli növlərinə üstünlük verilməlidir.(Redaktor.az)