Somon balığı dünyada ən çox tövsiyə edilən dəniz məhsullarından biridir. 

Foodinfo.az xəbər verir ki, tərkibi ilə sağlamlıq üçün çox dəyərli hesab olunan bu balıq həm ürək-damar, həm də beyin sağlamlığını qorumaqda mühüm rol oynayır.

– Somon balığında bol miqdarda olan omeqa-3 yağ turşuları xolesterini tənzimləyir, damar elastikliyini artırır və ürək-damar xəstəliklərinin qarşısını alır.

– Yüksək keyfiyyətli zülak mənbəyi olmaqla yanaşı, B qrupu vitaminləri, xüsusilə də B12, həmçinin D vitamini ilə zəngindir. Bu, həm enerji istehsalını, həm də sümük sağlamlığını dəstəkləyir.

– Araşdırmalar göstərir ki, somon balığı yaddaşı gücləndirir, alzheimer və demans riskini azalda bilir. Uşaqlarda isə zehni inkişaf üçün faydalı hesab olunur.

– Bu balıq tərkibindəki omeqa-3 və A vitamini göz quruluğunun və görmə zəifliyinin qarşısını almaqda təsirli rol oynayır.

Somon balığının həftədə ən azı 1–2 dəfə rasiona daxil edilməsini tövsiyə edilir. Qızartmadan çox, sobada və ya buğda bişirilərək istehlak olunması daha faydalıdır.