Diyetoloqlsr qısa müddətli pəhrizlərin sağlamlıq üçün faydalı olmadığını bildirlər. Uzunömürlülük üçün ən təsirli strategiya pəhrizinizdə bitki qidalarının nisbətini artırmaq və fiziki fəaliyyət səviyyənizi artırmaqdır.

Bu barədə "Business Insider"in məlumatında deyilir.

Qeyd olunub ki, Yeni ilin gəlişi ilə bir çox insanın yemək vərdişlərini və sağlamlıqlarını yaxşılaşdırmaq qərarına gəldib. Ancaq hər kəs bir neçə həftədən çox sağlam həyat tərzini saxlaya bilmir.

Mütəxəssislər izah edir ki, bu cür qısamüddətli həllər uzunömürlülük və sağlam qocalmağa nail olmaq üçün təsirsizdir.

Dietoloqlar səhhəti yaxşılaşdırmaq və həyat boyu daha yaxşı sağlamlığı təmin etmək üçün Yeni il üçün bir neçə sadə qaydaya riayət etməyi tövsiyə edir.

Bunlara pəhrizdə bitki qidalarının nisbətinin artırılması, gündəlik fiziki fəaliyyətin səviyyəsinin artırılması və evdə yemək bişirmək bacarığının mənimsənilməsi daxildir.

Heç bir çətinlik çəkmədən sağlam qidalanmağa başlamaq üçün həftənin bir gününü bitki əsaslı üç yemək bişirmək üçün ayırmağı məsləhət görülür. Hazırlandıqdan dərhal sonra və ya daha sonra istehlak edilə bilər.

Orqanizmdə qocalma prosesini ləngidən maddələr antioksidantlarla zəngin olan meyvə və tərəvəzlərin miqdarını artırmaq lazımdır.