Qış süfrələrinin vazkeçilməz ləzzəti və vitamin mənbəyi olan 4 paxlalı bitkidən ibarət 4 qaşıq şorbasından istehlak edildiyi zaman qrip və soyuqdəymədən əsər-əlamət qalmadığı deyilir.
Bəs bu şorba necə hazırlanır?
Foodinfo.az 4 qaşıq şorbasının hazırlanma qaydasını təqdim edir:
Lazım olan ərzaqlar:
1 xörək qaşığı yaşıl mərcimək
1 xörək qaşığı qırmızı mərcimək
1 xörək qaşığı bulqur
1 xörək qaşığı düyü
7 stəkan qaynar su
1 stəkan qatıq
1 xörək qaşığı un
1 yumurta sarısı
5-6 damcı limon suyu
Üzəri üçün:
2 qaşıq kərə yağı
1 xörək qaşığı nanə
1 çay qaşığı qara istiot
1 çay qaşığı pul bibər
Hazırlanması:
İlk növbədə paxlalıları qaynar suda yaxşıca yuyun. Bütün paxlalıları böyük bir qazana əlavə edin. Sonra üzərinə qaynar su töküb mərcimək yumşalana qədər qaynadın. Mərci yumşaldıqdan sonra yumurta sarısı, qatıq, un və limon suyunu homojen bir tutarlılıq əldə olunana qədər çalın.
Sosun üzərinə 1-2 çömçə qaynadılmış şorba bulyonu əlavə edib qarışdırmağa davam edin. Sonra bunu şorbaya əlavə edərək qarışdırın.
Yeməyiniz qaynamağa başlayandan sonra üstünə tökməyə yağ hazırlayın. Kiçik bir tavada kərə yağı ilə doğranmış soğanları qovurun. Qovrulmuş soğana ədviyyatları əlavə edin.
Bu sousu şorba üzərinə töküb qarışdırın. Əgər çox qatı olmasını istəmirsinizsə, şorbaya 1 stəkan qaynadılmış su əlavə edə bilərsiniz.