Ötən ilin yanvar-dekabr aylarında 127 milyon 194 min dollar dəyərində 91 min 229 ton xurma ixrac edilib.
Keçən ilin yanvar-dekabr aylarında xaricə 113 milyon 371 min ABŞ dolları dəyərində 147 min 632 ton xurma ixrac edilmişdi.
Beləliklə bir ton xurmanın ixrac qiyməti 2023-cü ildə 771 dollar, ötən ilin müvafiq dövründə 768 dollar təşkil edib. Bu göstərici son bir ildə 3 dollar, başqa sözlə 0,4% artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında xurmanın ümumi ixracda xüsusi çəkisi 0.38%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.80%-ə bərabər olub.
2022-ci ilin yanvar-dekabr aylarında xurmanın ümumi ixracda xüsusi çəkisi 0.30%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.72%-ə bərabər olub.
Foodinfo.az FED.az-a istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 13 milyon 820 min dollar (12,2%), miqdar ifadəsi ilə 17 min 273 ton (11,7%) artıb.