Bir çox insan yaşıl mərcimək və ya qırmızı mərcimək arasında seçim etməkdə çətinlik çəkirlər. Mütəxəssislər bu iki növ mərcinin fərqli faydalarının olduğunu bildirirlər.
Foodinfo.az xəbər verir ki, mərci zülal, lif, vitamin və minerallarla zəngin qidadır. Yaşıl mərcimək və qırmızı mərcimək arasında qida dəyəri baxımından bəzi fərqlər var. Yaşıl mərciməkdə qırmızı mərciməkdən daha çox lif var. Bu, həzm sisteminə müsbət təsir göstərir, toxluq hissi verir və həzm sağlamlığını dəstəkləyir.
Bundan əlavə, yaşıl mərcimək qırmızı mərciməyə nisbətən daha aşağı glisemik indeksə malikdir, bu da qan şəkərini daha balanslı saxlamağa kömək edir.
Digər tərəfdən qırmızı mərciməkdə yaşıl mərciməkdən daha çox dəmir var. Dəmir bədəndə oksigen daşıma funksiyasını yerinə yetirən hemoglobin molekulunun əsas komponentidir. Bu səbəblə qırmızı mərcimək xüsusilə dəmir çatışmazlığı anemiyası riski olan şəxslər üçün vacibdir.
Hər iki növ mərci zülalla zəngindir və vegetarian pəhrizdə mühüm protein mənbəyi ola bilər. Tərkibindəki antioksidantlar sayəsində bədənin immun sistemini də dəstəkləyirlər.