Şirin çay, mürəbbəli ağ çörək, piroq, düyü sıyığından ibarət səhər yeməyi 60 yaşdan yuxarı insanlar üçün ən zərərli hesab olunur. Foodinfo.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına dietoloq Yelena Solomatina məlumat verib.

O izah edib ki, bu yaşda olan insanlar tez-tez prediabet, insulin müqaviməti və ya şəkərli diabetdən əziyyət çəkirlər. Tərkibində çox miqdarda şəkər olan səhər yeməyi sağlamlığınıza zərər verə bilər.

Dietoloqun sözlərinə görə, səhər yeməyində yaşlı insanlar üçün kompleks karbohidratlar, zülallar və liflər olan qidalar yemək daha yaxşıdır.