
İsti hava şəraiti mikrobların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Xüsusilə yay aylarında bəzi qidalar daha tez xarab olur və düzgün saxlanmadıqda ciddi sağlamlıq problemlərinə, o cümlədən qida zəhərlənmələrinə səbəb ola bilər.
Aşağıdakı qidaları yayda istifadə edərkən mütləq ehtiyatlı olun:
1. Ət və toyuq məhsulları
Çiy və ya bişmiş ət, toyuq və qiymə yayda çox tez xarab olur. Bu qidalar soyuducudan kənarda 1 saatdan çox saxlanmamalıdır. Bişdikdən sonra tez bir zamanda soyuducuya yerləşdirilməlidir.
2. Süd və süd məhsulları
Pendir, qatıq, qaymaq və süd yüksək temperaturda tez bakteriya yığır.
Soyuq zəncir pozulmamalıdır. Tarixi keçmiş və ya qoxusu dəyişmiş məhsullardan uzaq durmaq lazımdır.
3. Yumurta və yumurtalı yeməklər
Mayonezli salatlar, tortlar və ya yumurtalı souslar yayda təhlükəli ola bilər.
Yumurtaları otaq temperaturunda saxlamayın. Çiy yumurtalı qarışıqları dərhal istehlak edin.
4. Kremli şirniyyatlar və tortlar
İçərisində süd və ya yumurta olan kremli desertlər çox tez xarab olur. Onları yalnız soyuducuda saxlamaq lazımdır. Açıq havada uzun müddət saxlanması təhlükəlidir.
Hazır salatlar (xüsusilə mayonezli)
Çiy tərəvəzlər və mayonezli salatlar mikroblar üçün əlverişli mühit yaradır. Təzə hazırlayıb dərhal yeyilməlidir. Qalıqları ertəsi günə saxlanmamadır.
6. Balıq və dəniz məhsulları
Yayda balıq məhsulları düzgün saxlanmazsa ciddi zəhərlənməyə səbəb ola bilər. Bu qidaları ancaq etibarlı yerlərdən almaq lazımdır.
7. Yuyulmamış meyvə-tərəvəzlər
Xüsusilə qarpız, yemiş kimi iri meyvələrin qabığında mikroblar ola bildiyi üçün, kəsməzdən əvvəl yaxşıca yuyulmalıdır.