Bir çox insan yeməkdən sonra yorğunluq hiss edir və yatmaq istəyir. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər bunun bir neçə səbəbdən baş verə biləcəyini deyirlər.

Qanın çox hissəsi həzm prosesini asanlaşdırmaq üçün mədəyə axır. Beləliklə, beyin daha az oksigen alır və bir az yorğunluq yaranır. Mütəxəssislər deyirlər ki, bu prosesdə qorxulu heç nə yoxdur. 

Ancaq belə bir simptom xəstəliklər nəticəsində özünü göstərə bilər. Məsələn, tip 2 diabet. Yeməkdən sonra özünü çox zəif hiss edən insan qanında şəkərin olub olmamasını yoxlamaq üçün mütləq həkimə müraciət etməlidir. Axı bu xəstəlik bir sıra ciddi xəstəliklərə səbəb ola bilər.

Nurlan