Ziyafətdən sonra bədənin qalan spirti çıxarmasına və həzm sistemini bərpa etməsinə kömək etmək üçün müəyyən qidalanma qaydalarına riayət etmək lazımdır. Foodinfo.az xəbər verir ki, bu barədə RİAMO ilə söhbətində endokrinoloq Nataliya Tananakina danışıb.
Mütəxəssisin fikrincə, ziyafətdən sonra səhər çoxlu yemək yeməmək daha yaxşıdır. Bunun əvəzinə bir fincan qara qəhvə və ya yaşıl çay içə, səhər yeməyi üçün liflə zəngin qidalar seçə bilərsiniz.
Orqanizmdən qalıq spirti çıxarmaq üçün liflə zəngin qidaları, məsələn, meyvəli yulaf əzməsi və bir stəkan meyvə suyu seçməyə dəyər. Həddindən artıq duzlu qidalardan və fast fooddan uzaq duraraq gün ərzində kiçik hissələrdə yemək vacibdir.
Bundan əlavə, həkim pəhrizə kompleks karbohidratlar olan yeməkləri əlavə etməyi tövsiyə edib. Siz həmçinin toyuq, balıq, tərəvəz, qoz-fındıq və ya avokado yeyə bilərsiniz.