Bədənin qocalma mexanizmi hüceyrə və molekulyar səviyyədə zədələnmə nəticəsində yaranır. Müvafiq olaraq, pis qidalanma da mənfi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Yelena Başkirova bildirib. Onun sözlərinə görə, bəzi məhsullar yaşlanma prosesini sürətləndirə bilər.
“Qidalanmanı daxili zədələnmə mənbəyi hesab etsək, protein qlikasiyası kimi bir prosesi qeyd etmək xüsusilə vacibdir. Sadə dillə desək, sadə karbohidratlar (qlükoza, fruktoza) bədənimizin zülal strukturları ilə “çarpaz əlaqə” əmələ gətirir”, - ekspert qeyd edib.