Aralıqlı oruc sağlamlığı qorumaq və arıqlamaq üçün effektiv üsullardan biridir.
Foodinfo.az xəbər verir ki, bu metod müəyyən müddət ərzində yeməyi məhdudlaşdırmaqla bədənin enerji ehtiyatlarını daha effektiv istifadə etməsinə imkan verir. Aralıqlı oruc müxtəlif növlərdə tətbiq oluna bilər: ən məşhur növlərindən biri 16/8 metodudur, yəni 16 saat oruc tutulur və qalan 8 saat ərzində yemək yeyilir.
Aralıqll oruc metabolizmin sürətini artırır, insulinin səviyyəsini aşağı salır və yağ yandırılmasını artırır. Bununla yanaşı, orqanizmdəki zədələnmiş hüceyrələrin təmiri (autofajiya) prosesini stimullaşdırır. Bu proses xroniki xəstəliklərin və yaşlanma prosesinin qarşısını almağa kömək edə bilər. Araşdırmalar göstərir ki, aralıq orucu ürək-damar xəstəliklərinin riskini azaltmağa, beyin sağlamlığını dəstəkləməyə və hətta xərçəngin yaranma riskini azalda bilər.
Aralıqll oruc tutarkən su, çay və qəhvə kimi kalorisiz içkilər içmək olar (yalnız su içmək daha effektiv üsul sayıllr). Amma şəkər və südlü içkilərdən uzaq durmaq məsləhətdir. Bu oruc metodunu tətbiq edərkən balanslı və qidalandırıcı qidalar seçmək vacibdir. Yüksək proteinli qidalar, tərəvəzlər, meyvələr və tam taxıllar yaxşı seçimlərdir.
Lakin aralıqll oruc hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə diabet, yemək pozuntuları və ya digər ciddi sağlamlıq problemləri olan şəxslər bu metoddan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Uşaqlar, hamilə və ya süd verən qadınlar üçün də bu oruc metodu uyğun olmaya bilər. Aralıq orucu düzgün tətbiq edildikdə, sağlam və balanslı həyat tərzinin bir hissəsi kimi böyük faydalar verəb ilər.