Artıq çəkidən qurtulmaq istəyənlər ən çox detoks çaylarına müraciət edir. Mütəxəssislər hesab edir ki, detoks çayları metabolizm proesesini sürətləndirir, orqanizmdən toksiki maddələri kənarlaşdırır.
Günümüzdə bir çox detoks çaylarlından istifadə olunur.
Saglamolun.az e-tibb.az-a istinadən onlardan birini - ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis Vəfa Paşazadənin açıqladığı resepti təqdim edir:
Hazırlanma qaydası:
1. 2 xörək qaşığı çayın üzərinə 4 stəkan qaynar su əlavə edib 10 dəqiqə dəm almağını gözləmək.
2. Sonra üzərinə 1 ədəd limonun suyunu əlavə etmək.
3. 2-3 dəqiqə gözləyəndən sonra üzərinə 2 stəkan qazlı mineral su əlavə edərək qarışdırmaq.
4. İlıq hala gələndən sonra içkiyə yarım dilimlənmiş yaşıl alma, 1 çay qaşığı bal əlavə edib gün boyunca içmək.
Dietoloq bildirib ki, çayın yanında 1 ovuc duzsuz balqabaq tumu da qəbul olunsa effekti daha da artır. Qeyd edək ki, dietoloq bunu artıq çəkidən qurtulmaq istəyənlər, şişkinlik hissi olanlar üçün təqdim edib. Eyni zamanda tövsiyə edib ki, bu çayı oruc tutanlar iftardan imsaqa qədər qəbul edə bilər.
Həkim, həmçinin daim enerjili və həyatsevər qalmaq üçün düzgün qidalanmanın çox əhəmiyyətli olduğunu vurğulayıb: "Əgər içinizdə bir boşluq olduğunu hiss edir və işləyə bilmirsinizsə, karbotidratlı qidalar qəbul edin. Bu, beyini dərhal enerji ilə təmin edəcək. Həmçinin yaşıl çay, badam, yoqurt, acı şokolad və meyvələr də enerji bərpasına kömək edən məhsullar sırasındadır. Özünüzü yorğun hiss etdikcə saqqız çeynəyin. Araşdırmalara görə, saqqız çeynədiyiniz zaman beyinə oksigen axını artır və bu beyində enerji yüksəlişinə səbəb olur".