Avstriyanın hakimiyyət orqanları mağazalara istifadə müddəti bitmiş, lakin istifadəyə yararlı qida məhsullarını xeyriyyə təşkilatlarının ehtiyacları üçün pulsuz paylamaları barədə göstəriş verib.
Foodinfo xəbər verir ki, bu qərar Avstriyanın yeni Nazirlər Kabinetinin işgüzar proqramında nəzərdə tutulub. Burada qida tullantılarına qarşı fəaliyyət planından söhbət gedir. İstifadə müddəti tükənmiş qida məhsullarının paylanmasına Milli Koordinasiya Mərkəzi nəzarət edəcək.
Qeyd edək ki, Avstriya mağazalara istifadə müddəti bitmiş ərzaq məhsullarını tullamağı qadağan edən ilk ölkə deyil: eyni sistem 2016-cı ildən etibarən Fransada tətbiq olunur.
Nurlan
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir