Az yağlı qidaların faydadan çox zərər verdiyi ortaya çıxıb. Onların müntəzəm istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Fooinfo.az xəbər verir ki, bu barədə dietoloq Anastasiya Tarasko “Moscow Region Today” internet nəşrinə bildirib.

Diyetoloqun sözlərinə görə, az yağlı kəsmik, süd və pendir istənilən halda zülal ehtiva edir, bu da onların yüksək kalorili olması deməkdir. Lakin onların tərkibində A və D daxil olmaqla, orqanizm üçün faydalı olan yağda həll olunan vitaminlər yoxdur.

Ekspert həmçinin qidaları “yaxşı” və “pis”ə bölməyin təhlükələri barədə xəbərdarlıq edib. Bu cür problemlər sonradan yemək pozğunluğuna və bununla da çəki artımına və ya qəfil itkiyə səbəb olur.