Urik turşusunun yığılması oynaqlara və böyrəklərə təsir göstərir. Həddindən artıq sidik turşusu və nəticədə duz kristallarının çökməsi hər hansı oynaqlara təsir edən gut xəstəliyinə səbəb olur. Bir qayda olaraq, ayaqların oynaqları təsirlənir. Urik turşusu kristallarının əmələ gəlməsi oynaqlarda şişlik və müxtəlif şiddətdə ağrılar yaradır.
Foodinfo.az Sağlamolun.az-a istinadən oynaqda yığılan sidik turşusundan necə xilas olmaq olar, onu araşdırıb:
Tərkibi:
1 orta boy xiyar, 2 kərəviz qabığı, yarım limon və 2,5 sm-lik cavan zəncəfil kökündən şirə hazırlayın.
Hazırlanması:
Tərkiblərdən dəriləri çıxarın. Xiyar və kərəvizi kiçik parçalara kəsin. Limonu yarıya bölün, bir hissəsini götürün və blender qabına sıxın, digərini isə soyuducuya qoyun. Zəncəfil kökünü doğrayın. Bütün inqrediyentləri çırpın və nəticəni hiss edənə qədər qarışığı gündə 1-2 dəfə için.