Kif Yer üzündə birinci yaranan canlı orqanizmlərdən hesab olunur. O, insan orqanizmi üçün ciddi təhlükə daşıyır. Alimlər göbələyi “sakit qatil” adlandırır. 90% ərzaqlar kiflənməyə məruz qalır. Kif göbələyi ağ, qara, yaşıl rəngdə olur. Çox adam kifdən qorxmur.
Bəlkə siz də ərzaqda kifli hissəni kəsib, qalan təmiz yerini yeməyə yararlı hesab edənlərdənsiniz. Elə hesab edirsiz ki, kifin özünü yemirsizsə, heç nə olan deyil. Amma belə deyil.
Foodinfo hətta kiçik bir hissə kiflənmiş çörək yeməyin belə orqanizm üçün hansı fəsadlar yaratdığı ilə bağlı faktları təqdim edir.
Kif çox miqdarda, milyonlarla zəhər və toksin ifraz edir. Əgər bir az kifli çörəyi hətta kifli hissəsini kəsib yesəniz, sizin orqanizminizə bir qram kif yox, bütün kif ordusu, kif göbələklərinin nəhəng sistemi düşəcək. Bundan sonra onlar qana və limfalara toksin, zəhər buraxaraq sizdə baş ağrısı, halsızlıq, ürəkbulanma yaradacaq.
Bu hələ hamısı deyil.
Kif dəri hüceyrələrini də əhatə edərək, dermatit, ekzema, allergiya, civzə yarada bilir. Hətta kifli çörəyi, yeməyi iyləmək belə burunla kif göbələyinin içəri keçməsinə bəs edir.
Bəs bilməyərəkdən kifli qida yesək, nə etməli?
Mütləq süni qusma ilə mədəni boşaltmaq lazımdır. Bu zaman sanki milyonlarla göbələyi orqanizmdən çıxarmış olursuz.
Eləcə də çox miqdarda maye, su içmək, qara kömür tableti qəbul etmək olar. Amma bunlar kifləri orqanizmdən tam təmizləmir. Ona görə də yeganə qorunma yolu kifli ərzağı əlinizə əlcək taxıb, evdən çıxarıb atmaqdır.