Azərbaycanda quşçuluq ətinin istehsalı azalıb, yumurta istehsalı isə artıb.
Foodinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda quşçuluq müəssisələrində diri çəkidə 67,2 min ton quş əti istehsal olunub. Bu göstərici 2019-cu il yanvarın 1-i ilə müqayisədə 7,20 min ton və ya 9,67% azdır, Belə ki, 2019-cu il yanvarın 1-nə olan məlumata görə, ölkədə 74,4 min ton quş əti istehsal olunub.
Quş ətinin istehsalından fərqli yumurta istehsalında artım olub. Məlumata görə, 2020-ci il yanvarın ayının 1-nə olan məlumata görə, 764,5 milyon ədəd yumurta istehsal olunub. Bu da 2019-cu ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 124,30 milyon ədəd yumurta və ya 19,4% çoxdur. Belə ki, 2019-cu ildə 640,2 milyon ədəd yumurta istehsal olunmuşdu.
Məlumat üçün bildirək ki, 2020-ci il yanvar ayının 1-nə olan məlumata görə, orta hesabla hər yumurtlayan toyuqdan orta hesabla 201 ədəd yumurta alınıb. Halbuki 2019-cu ildə bu göstərici 169 ədəd olub. Bundan başqa 2020-ci il yanvar ayının 1-nə olan məlumata görə, ölkə quşçuluq müəssisələrində cəmi quşların sayı 14068,1 min baş olub ki, bu da 2019-cu il yanvar ayının 1-i ilə müqayisədə 1811,10 min baş və ya 14,7% çoxdur. Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə olan məlumata görə, ölkədəki quşçuluq müəssisələrində 12257,0 min baş quş olub.