24 fevral 2020-ci il tarixində "Lənkəran - Süd" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyindəki məsələlər aşağıdakılardır: 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri barədə, Nizamnaməyə dəyişiklik layihəsinin təsdiq edilməsi barədə, Səlahiyyətli şəxsin təyin edilməsi barədə. Yığıncaq Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən şirkətin inzibati binasında keçiriləcək. 1998-ci ildə dövlət qeydiyyatına alınmış, 237 min manat nizamnamə kapitalına malik olan "Lənkəran - Süd" ASC-nin qanuni təmsilçisi Fəxrəddin Məmmədovdur.