Yəqin ki, yediyiniz bananın qabıqlarını zibilə atırsız. Amma məşhur dietoloq Syuzi Berrel bildirib ki, banan qabıqları da qida əlavəsi kimi qəbul edilə bilər. Bu qəribə qida qısa müddətdə sizi həm arıqladacaq, həm də yuxunuzu yaxşılaşdıracaq. Foodinfo xəbər verir ki, banan qabığında daha çox lif, B5, C vitaminləri vardır. Banan qabığından smuzi, arıqladıcı kokteyllərinizə, şirniyyatlarınıza qata bilərsiz. “Banan qabığının köməyi ilə rasionda liflərin miqdarını 10% artıra bilərsiz, qabıqda olan liflər daha dietikdir. Eləcə də qabıqları yesəniz, gündəlik B6, maqniy, C vitamini ehtiyacınızı 25% ödəyəcəksiz- deyə dietoloq bildirib. Yemək üçün banan qabığnı rənginə görə seçmək lazımdır. Açıq sarı rəngli qabıqda daha çox antioksidantlar var. Antioksidantlar xərçəng əleyhinə təsiri ilə məşhurdur. Yaşıl, bir qədər kal banan qabıqlarında isə triptofan çoxdur, bu da yuxu və sinir sistemi üçün vacibdir. Qaralmış və qəhvəyi qabıqları isə istifadə etməyin. Amma bu bananların içini yeyə bilərsiz.