Bitki əsaslı qidalanma son illərdə qlobal miqyasda böyük populyarlıq qazanıb. Foodinfo.az xəbər verir ki, bu növ pəhriz əsasən meyvələr, tərəvəzlər, paxlalılar və tam taxıllardan ibarətdir. Araşdırmalar göstərir ki, bitki mənşəli qidalar ürək-damar xəstəlikləri riskini azaldır.

Liflə zəngin olmaları həzm sisteminə müsbət təsir edir. Həmçinin xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Ancaq bu növ qidalanmada bəzi qida çatışmazlıqları ola bilər. Xüsusilə B12 vitamini, dəmir, kalsium və D vitamini kimi maddələr bitki əsaslı rasionda azlıq təşkil edə bilər.

Bu səbəbdən əlavə vitamin və mineral dəstəyi lazım gəlir. Bitki əsaslı qidalanma enerji səviyyəsini yüksəltməklə yanaşı, bədəni yüngülləşdirir. Eyni zamanda ətraf mühitə təsiri daha az olur. Lakin pəhriz düzgün planlaşdırılmazsa, bədəndə zəiflik və yorğunluq yaranır. Ona görə də balanslı və nəzarətli bitki pəhrizi tətbiq olunmalıdır.