Boy uzanmasında genetik faktorlar əhəmiyyətli olsa da, düzgün qidalanma prosesə ciddi təsir göstərən amillərdəndir.
Süd
Gündə 2 stəkan qəbul edilən süd boyunuzun uzanmasına səbəb ola bilər. Xüsusilə gecə yatmamışdan əvvəl qəbul edilən kalsiumla zəngin bu qida boy uzanmasına səbəb olan hormona daha çox təsir edəcək.
Əncir qurusu
Qida lifi ilə zəngin olan quru əncir bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki zülal hüceyrə yenilənməsinə səbəb olur.
Ərik qurusu
Gündə 4-5 ərik qurusu, 2 əncir qurusu, 1 ovuc qara kişmiş süd ilə bərabər yeyiləndə, yeniyetmələrin boyunun uzanmasına ciddi təsir göstərir.
Brokoli
İmmuniteti gücləndirən, vitamin və antioksidantlarla zəngin olan brokoli bir çox cəhətdən olduğu kimi boy uzanmasına da müsbət təsir göstərir.
Kərə yağı
A, K, E vitamini və minerallarla zəngin olan kərə yağı böyümə və inkişaf prosesini sürətləndirir. (Qaynarinfo)