Soğan qabıqlarından çayın orqanizmə saysız faydaları barədə eşitmisiz. Amma sarı soğana nisbətən, qırmızı soğanın qabıqlarından çayın dadı daha xoş, qoxusuz, yumşaq və rəngi də cəlbedicidir. Soğan qabığı çayı içməklə siz yüksək miqdar kofein qəbulundan uzaqlaşa biləcəksiz. Qirmızı soğanın qabıqları yuyulur, dəm çaydanı və ya termosa 2 xörək qaşığı alınıb, üzərinə qaynar su tökülür və 40 dəqiqə dəmlənir. Foodinfo.az Medicina.az-a istinadən bu çayı gündə 1-2 stəkan (çox yox) içərək, əldə edəcəyiniz faydaları təqdim edir:
- Günlük C vitamini dozasını alacaqsız, çünki bu çayda olan vitamin limondakından çoxdur
- B qrup, E, PP vitaminləri
- Mikrob, bakteriya əleyhinə təsir edən maddələr var, antiseptikdir
- Orqanizmi qocalmağa qoymur, təbii antioksidantdır
- Sərbəst radikalları zərərsizləşdirdiyi üçün xərçəng əleyhinədir
- Diabet riskini azaldır, şəkər xəstələrinə faydalıdır
- İmmuniteti möhkəmləndirir
- Viruslardan qoruyur
- İltihabi prosesləri sağaldır
- Podaqra, döyənəkdə effektivdir
- Xolesterini qanda azaldır
Hamilə qadınlara, uşaqlara olmaz.