ROSBIOTECH Universitetinin Dietologiya kafedrasının assistenti Maksim Efimov fast foodun bir çox insan üçün niyə cəlbedici olduğunu izah edib. Foodinfo.az xəbər verir ki, mütəxəssis Gazeta.Ru-ya müsahibəsində deyib ki, insan yağlı qidalar qəbul etdikdə onun beyni endorfin istehsal edir.

Ancaq başqa bir amil də istehsalçıların qidaya əlavə dadlandırıcılar qatmasıdır.

"İnsan ləzzətli yemək yediyinə əmindir, amma əslində o, piylənməyə, bulanıq görmə və tənəffüs problemlərinə səbəb olan dadlandırıcılardan həzz alır" deyə dietoloq əlavə edib.