Qastroenteroloqu Oleq Lısenko ət yeməyin əks göstərişlərindən danışıb.

Foodinfo.az xəbər verir ki, o, bu barədə Gazeta.Ru-ya müsahibəsində deyib. Həkimin sözlərinə görə, mütləq əks göstərişlərə amin turşularının və üzvi turşuların metabolik pozğunluqları da daxildir.

Lısenkonun qeyd etdiyi kimi, ürək-damar sistemi xəstəlikləri və lipid mübadiləsi pozğunluğu olan insanlar üçün daha az yağlı ət istifadə etmək məsləhətdir.

“Böyrək problemləri zamanı ətin miqdarı fərdi hesablanır, ona görə də məhdudiyyət nisbidir”, - deyə həkim əlavə edib.