"Dönərxanalarda ən çox zəhərlənmə faktları ən çox dönər hazırlayan şəxslərin qida ilə düzgün rəftar etməməsi səbəbindən baş verdiyini aşkarlamışıq". Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, yəni bir sıra ərzaq məhsullarının saxlanma şəraitinə düzgün əməl etmirlər: "Eyni zamanda ət və ət məhsulları, digər tez xarab olan məhsullarla təmasda olarkən sanitar-gigiyenik qaydaya əməl etmirlər". AQTA sədri həmçinin ötən gün İmişlidə 3 ailə üzvünün ev şəraitində hazırlanan konserv məhsulundan zəhərlənməsi hadisəsinə də münasibət bildirib: "Əhaliyə bir daha müraciət edərək bildirmək istəyirik ki, məhsulları kustar üsulla hazırlayan zaman həddindən artıq diqqətli olsunlar. Dünən baş verən zəhərlənmə faktı da onu göstərir ki, insanlar ev şəraitində texnologiyaya düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar".