Çiy kartofun faydaları, bişmiş və qızardılmış kartofdan daha çoxdur. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, buna səbəb qızardılan zaman tərkibindəki vitaminlərini itirməsidir.
Bəs çiy kartof necə istifadə edilir?
-Çiy kartofun adətən suyundan daha çox istifadə edilir. Çiy kartof suyu qəbizliyə və bir çox dəri problemlərini həll edir. Hətta uzun müddət istifadəsi xərçəng xəstəliyinin müalicəsi zamanı da effektli təsirə malikdir.
-Çiy kartof lif baxımından zəngindir. Həmçinin tərkibində A, B, C vitaminləri, potasium, fosfor, maqnezium, dəmir kimi minerallar mövcuddur. Belə kartofun dəriyə faydaları əvəzsizdir.
-Çiy kartofun suyunu içdiyiniz zaman ağız kənarında yayılan qızartılar yox olur. Həmçinin mütəxəssislər, bu suyun keçəlliyə faydalı olduğunu açıqlayıblar.
-Bişməmiş kartof suyu qırışıqlıqlar üzərində də faydalıdır. Dərini daha parlaq edir. Bu suya bir az pambıq batırıb dərinizə nazik formada çəkin. Bu dərinizin yorğunluğunu alacaq və göz çevrəsi şişkinliyini götürəcək. Dərinizi daxildən nəmləndirmək üçün isə hər gün kartof suyunu için.
-Saçları sürətlə uzatmağa kömək edir. Qida zəhərlənmələri zamanı kartof suyunu bal ilə qarışdırıb içə bilərsiniz. Zəhərlənmə zamanı da ağrıların azalmasına kömək edir. Əgər mədənizdə yanma hissi varsa kartof suyunu içə bilərsiniz.