Dietoloq, qastroenteroloq Nuriyyə Dianovanın sözlərinə görə, kərə yağı istifadə edənlər bird aha düşünməlidir. Foodinfo.az xəbər verir ki, o, "Moskva 24" telekanalına müsahibəsində bu barədə danışıb. Bildirib ki, kərə yağında təbii trans yağların miqdarı kifayət qədər böyükdür: 2%-dən 7%-ə qədər.
O qeyd edib ki, trans yağlar ürək-damar xəstəlikləri riskini artırır, endotelin zədələnməsini artırır ki, bu da insanda ateroskleroz, qan təzyiqi problemləri və hipertoniyaya səbəb olur.
Bu baxımdan diyetoloq kərə yağını daha sağlam alternativlə əvəz etməyi məsləhət görüb.