Səhər müntəzəm yemək beyin fəaliyyətini artırmağa kömək edir. Foodinfo.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux RT-yə müsahibəsində bildirib ki, səhər yeməyindən sonra insanlar məlumatları daha yaxşı xatırlayır, onların diqqət səviyyəsi artır.
Onun sözlərinə görə, səhər yeməyində, digər yeməklərdə olduğu kimi, çox ağır və yağlı yeməklər yeməməlisən.
“Zülallar (yumurta, kəsmik, toyuq, pendir) orqanizmi amin turşuları ilə təmin edəcək, hüceyrələri bərpa etməyə və uzunmüddətli toxluğu təmin edəcək. Kompleks karbohidratlar (taxıllar, paxlalılar, makaron) sizi uzun müddət enerji ilə dolduracaq, həmçinin vitamin və minerallarla təmin edəcəkdir. Doymamış yağlar (fındıq, bitki yağları, avokado) hüceyrələrin yenilənməsi, yağda həll olunan A, E, D və K vitaminlərinin sorulması və xolesterinin səviyyəsinin aşağı salınması üçün lazımdır”, - deyə həkim izah edib.