Adi nar (P.granatum L), yabanı halda ölkəmizdə rast olunur. Narın bir neçə növmüxtəliflikləri vardır ki, bunlar bəzək məqsədi daşıyır və bəzək bağçıhğmda geniş istifadə edilir.

Foodinfo.az bildiri ki, nar meyvəsinin 27-52%-ni qabıq, 36-75% şirə, 7-21%-ni toxumlar təşkil edir. Nar şirəsində 76-78% su, 8-20% invert şəkərlər, 4-10% qlükoza, 3%-ə qədər yağlar, 1,5% protein, 0,2-9,0% turşular, 14%-ə qədər C vitamini vardır.

Narın müxtəlif hissələrindən təbabətdə və sənayedə geniş istifadə edilir. Nar şirəsi mədə ağrıları, baş ağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində çox istifadə edilir. Meyvə qabığında, gövdə qabığında, köklərdə olan dabbaq maddələri gönaşılayıcı sənayedə, meyvə qabığı və çiçəklər boyaqçılıqda istifadə edilir.

Nar  müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşan, hazırda Avstraliyadan Cənubi Afrikaya, ABŞ-dan Çinə qədər çox geniş sahələrdə yetişdirilən meyvədir.

Bəzi mənbələrdə İran, Qafqaz və Şimali Hindistan əraziləri narın vətəni hesab edilsə də Anadolu və bütün Aralıq dənizi hövzələrində daha geniş sahələrdə qədimdən nar bitkisinin becərilməsi ilə məşqul olmuşlar.

2010-cu ilin statistik məlumatlarına əsasən dünyada 2.500.000 ton nar istehsal edilmişdir. Dünyada ən çox nar istehsal edən ölkələr Hindistan (45%), İran (28,2%) və Çin(28%)-dir. Türkiyənin Yaxın Şərqi İrandan sonra, Türk Dünyası və qonşu ölkələr içərisində istehsalı və ixracı baxımından ön sıralardadır.

  Aralıq dənizi hövzəsində Tunis, Mərakeş, İsrail illik 30000 ton nar istehsal edən ölkələrdir. Qafqazda Ermənistan, Gürcüstan, Orta Asiyada Tacikistan, Qırğızıstan, cənub yarımkürədə Argentina, Avstraliya, Cənubi Afrika Respublikası və Peru narın istehsalı ilə məşğul olan qabaqcıl ölkələrdir.

Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası nar istehsalının 79%-ni təşkil edir. 

2016-cı ildə Azərbaycanda 1127,5 hektarda yeni nar bağları salınmış  və nar bağlarının ümumi sahəsi 22486 hektar təşkil etmişdir. Hektardan orta məhsuldarlıq 74,0 sentner olmuşdur.

Sortları. Dünyada narın  500 sortu vardır. Ancaq bunlardan az bir qismi (təxminən 60 sort) ticari sortlardır (İPGRİ 2000). Nar istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi baxımdan əhəmiyyətli sortlar Vanderful, Qranada, RubiRed, Futhill, Early (Öli), Spaniş Svit, Balegal, Kloud, Krab, Early Vanderful, Fleşman, Frankis, Qrin Klobe, Home, Kinq və başqalarıdır.