Biotexnologiya üzrə mütəxəssis, Rusiya Texnologiya Universitetinin dosenti Aleksey Panov balın yanlış saxlanmasının onun faydalı xüsusiyyətlərini zəiflədə biləcəyini açıqlayıb.

Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, bal yalnız düzgün şəraitdə saxlanıldıqda uzun müddət keyfiyyətini qoruyur.

Panov qeyd edib ki, məhsul ən yaxşı halda hava keçirməyən şüşə və ya keramika qabında saxlanılmalıdır. İdeal temperatur isə on–iyirmi dərəcə arasıdır. Günəş şüaları və istilik mənbələri balın strukturuna mənfi təsir göstərdiyi üçün onlardan uzaq yerdə saxlamaq vacibdir.

Mütəxəssis xəbərdarlıq edib ki, balın metal qabda saxlanılması zərərli birləşmələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu isə onun həm dadını, həm də faydalı xüsusiyyətlərini azaldır.

Bundan əlavə, Panov balı soyuducuda saxlamağı da məsləhət görməyib. Çünki bu halda məhsul kristallaşır və təbii tərkibində dəyişikliklər baş verir.

Ekspert bal üçün ən uyğun yeri qaranlıq mətbəx rəfi və ya bağlı dolab hesab edir. Burada sabit otaq temperaturu təmin olunarsa, məhsul öz keyfiyyətini və faydalı xüsusiyyətlərini daha uzun müddət qoruyur.

Bal