Mütəxəssislərin sözlərinə görə, göyərtini buzluqda saxladıqda onun qida dəyəri tam itmir.

Foodinfo.az xəbər verir ki, dondurulmuş göyərti xüsusilə A, C və fol turşusu kimi həssas vitaminlərin bir hissəsini itirsə də, əsas qida maddələrinin böyük qismi qorunub saxlanılır.

Qidalanma üzrə ekspertlər bildirirlər ki, dondurma prosesi göyərtinin təzə halına ən yaxın saxlanma üsullarından biridir. 

Mineral maddələr – dəmir, kalsium, maqnezium və lif tərkibi demək olar ki, dəyişməz qalır. 

Lakin uzun müddət, yəni 6 aydan artıq saxlanıldıqda həm dad, həm də vitamin miqdarı zəifləyə bilər.

Göyərti yuyulduqdan və doğrandıqdan sonra tez bir zamanda dondurulsa, vitamin itkisi minimum olur. Beləliklə, qış aylarında buzluqdakı göyərti təzə alternativi qədər olmasa da, sağlamlıq üçün faydalı seçim sayılır.