
Düzgün olmayan qidalanma vərdişləri sağlamlıq üçün ciddi təhlükə yaradır. Həkimlərin sözlərinə görə, yanlış qida seçimi bir çox xroniki xəstəliklərin əsas səbəblərindən biridir.
Foodinfo.az ən çox rast gəlinən qidalanma səhvlərini təqdim edir:
– Şəkərin həddindən artıq istehlakı insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskinə səbəb olur.
– Duzun normadan çox istifadəsi yüksək təzyiq və böyrək problemləri yaradır.
– Fast-food və trans yağlara meyillilik ürək-damar xəstəlikləri və damar tıxanmasına gətirib çıxardır.
– Meyvə və tərəvəzin az yeyilməsi lif çatışmazlığı, qəbizlik və həzm pozğunluqlarına səbəb olur.
– Səhər yeməyindən imtina enerji azlığı və maddələr mübadiləsini zəiflədir.
Mütəxəssislər bildirirlər ki, yanlış qidalanma təkcə artıq çəki ilə məhdudlaşmır. Zamanla bu vərdişlər ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, osteoporoz və hətta bəzi xərçəng növlərinə səbəb ola bilər.
Sağlam qalmaq üçün gündəlik rasionda təzə meyvə və tərəvəzlərə, keyfiyyətli zülallara, sağlam yağlara və kifayət qədər suya yer verilməlidir.
Yəni düzgün qidalanma yalnız arıqlamaq üçün deyil, həm də xəstəliklərin qarşısını almaq üçün ən təsirli üsullardan biridir.