
Cənubi Florida Universitetinin (USF Health) alimləri Alzheimer xəstəliyi və digər demensiya formalarının riskini azalda biləcək çoxşaxəli probiotik kokteyl hazırlayıblar.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, əsas təsir mexanizmi bağırsaqda yaranan iltihabı azaltmaqdır. Foodinfo.az xəbər verir ki, çünki bağırsaq mikroflorasındakı pozğunluqlar neyrodegenerativ proseslərlə birbaşa əlaqələndirilir.
Professor Hario Yadavın rəhbərliyi ilə hazırlanmış xüsusi bakteriya qarışığı siçanlar üzərində aparılan sınaqlarda ümidverici nəticələr göstərib. Probiotik qəbul edən heyvanlar yaddaş və məkan orientasiyası testlərində daha yaxşı nəticələr nümayiş etdiriblər.
Alimlərin müşahidəsinə görə, “sızan bağırsaq” sindromu — yəni zərərli maddələrin qan dövranına keçməsi — orqanizmdə sistemli iltihaba səbəb olur və bu proses beyinə qədər yayılaraq neyronların zədələnməsini sürətləndirir. Probiotik kokteyl isə bağırsaq baryerini möhkəmləndirir, iltihabi zülalların səviyyəsini azaldır və hematoensefalik baryeri qoruyur.
Mütəxəssislər bildirirlər ki, hələlik bu qarışığın insanlar üzərində təsirini təsdiqləmək üçün klinik sınaqlara ehtiyac var. Lakin ilkin nəticələr göstərir ki, gələcəkdə bu metod neyrodegenerativ xəstəliklərin profilaktikası üçün sadə və təhlükəsiz vasitə ola bilər.
Beləliklə, alimlər bağırsaq mikrobiomunun korreksiyası ilə beynin fəaliyyətini yaxşılaşdırmağın mümkün olduğunu sübut ediblər.