Bildiyiniz kimi, bütün növ qoz-fındıqların kalorisi son dərəcə yüksəkdir. Onlar sağlam yağ turşuları və yağlarla zəngindir. Həkim və diyetoloqlar daim xəbərdarlıq edirlər ki, istənilən növ növ qoz-fındıq ciddi şəkildə məhdud miqdarda yeyilməlidir - birdəfəyə maksimum 50 qram. Əks halda artıq kiloların yığılması qaçılmazdır.
Lakin Foodinfo.az xəbər verir ki, avstraliyalı alimlərin yeni araşdırması badamın fərqləndiyini və arıqladıcı xüsusiyyətə malik olduğunu göstərib.
Belə ki, Cənubi Avstraliya Universitetindən olan alimlər iki növ qidalanmanın xüsusiyyətlərini və nəticələrini müqayisə etməyə çalışıblar: rasiona badam əlavə olunan və heç bir qoz-fındıq olmayan.
Məlum olub ki, badam bir çox sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran, ürək və qan damarlarının qayğısına qalan, hətta arıqlamağa kömək edən, bəlkə də, yeganə qoz-fındıq növüdür.
Bu faydalı xüsusiyyətlər onun tərkibindəki faydalı maddələrin olması ilə əlaqədardır: zülal, lif, E və B qrupundan olan vitaminlər, minerallar - maqnezium, silikon, manqan, kobalt, dəmir, xrom, sink, kalsium və s. .
Nəticədə, alimlər müəyyən ediblər ki, badamın müntəzəm istehlakı:
- qanda xolesterin səviyyəsini aşağı salır,
- qan təzyiqini stabilləşdirir,
- daxili orqanlara qan axını aktivləşdirir,
- insulin dirəncinin qarşısını alır,
- ürək-damar xəstəlikləri və Altsheymer xəstəliyinin inkişaf riskini azaldır.
Ən yaxşı tərəfi isə odur ki, davamlı olaraq məqbul miqdarda badam yeyən insanlar artıq çəki ilə bağlı problem yaşamırlar. Çünki badam böyük miqdarda sağlam zülal və lif mənbəyidir, karbohidratlar isə tərkibində azdır. Bu səbəbdən də, alma və buterbrodlara nisbətən, badam yedikdən sonra insan daha uzun müddət toxluq hiss edir.