
Sarımsaq qədimdən təbii antibiotik kimi istifadə edilir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Anna Belousova danışıb. O deyib ki, sarımsağın tərkibindəki alisin maddəsi mikroblara qarşı güclü təsir göstərir. Bu maddə immun sistemini stimullaşdırır və viruslara qarşı müqaviməti artırır.
“Gündə 1 diş təzə sarımsaq yemək orqanizmi infeksiyalardan qoruya bilər”, – deyə həkim bildirib. Sarımsaq həmçinin qanda xolesterin səviyyəsini aşağı salır. Mütəxəssis qeyd edib ki, qızardılmış və ya bişirilmiş sarımsaq bu təsiri itirə bilər. Ən yaxşı effekt üçün sarımsağı xırdalayıb 10 dəqiqə gözləyərək istifadə etmək məsləhətdir.
Çünki bu zaman alisin daha çox ayrılır. Sarımsaq təzyiqi də tənzimləyir və ürək-damar sağlamlığı üçün faydalıdır. Günün istənilən vaxtı qəbul oluna bilər. Sadə, lakin çox güclü təbii müdafiə üsuludur.