Qadınlarda sümük əriməsi və zəifləməsi 50 yaşından sonra başlayır, kişilərdə isə sümük sistemi daha gec sıradan çıxır. Əslində belə olmalıdır.Lakin indi gənclərin də sümük sıxlığı, sümük dayaq aparatı, möhkəmliyi norma daxilində deyil. Bunun səbəbləri sümükləri oyub daxildən yeyən, zəiflədən içki və qidaların gündəlik qəbul olunmasıdır.
Foodinfo.az medicina.az-a istinadən sümüklərin qənimi olan ərzaqları təqdim edir.
1. Qazlı, şirəli içkilər
Bu içkilərdə olan fosfor turşusu sümüklərdən kalsiumu yuyub aparır
2. Qəhvə
Gündə 3 fincandan artıq, sümüklərə zərərdir. Qəhvədə olan ksantin kalsiumu yuyur. Fikir verin, hər qəhvə içəndən sonra tualetə sidiyə gedirsiz. Bu zaman kalsium yuyulub gedir.
3. Duz, şoraba
Natrium sümükləri kirəcləşdirir, kalsiumu zəiflədir
4. Alkoqol
Orqanizmdən nəinki kalsiumu, digər maddələri də yuyub aparır
5. Qırmızı ət
Sidiklə duz və kalsiumu çıxarır. Çalışın balıq və quş əti çox yeyəsiz
Son xəbərlər
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin