İnsan orqanizmində bədxassəli hüceyrələrin sürətlə yayılmasına yeyilən qidalar da səbəb ola bilər. Daha doğrusu onların yağı. Dartmund Onkologiya Mərkəzinin mütəxəssisləri belə deyirlər. Tibb sahəsində çalışan mütəxəssislərin sözlərinə görə, yağlı qidaların rasionda olması, eləcə də piylənmə süd vəzi xərçəngi riskini artırır, onkoloji xəstəlikləri olanların sağalma proqnozlarını azaldır. Tədqiqatlar göstərib ki, xərçəng hüceyrələri yağlardan böyümələri üçün istifadə edə bilərlər. Onkoloq Uilyam Kinlounun sözlərinə görə, böyük miqdarda yağı udan hüceyrələr dərman müalicəsinə də tabe olmurlar. Bu yolla da insan nə qədər çox yağlı qida qəbul edirsə xərçəng hüceyrələri bir o qədər sürətlə arta bilər. (istipress)