Ürək-damar sağlamlığı uzunömürlülüyün əsas komponentlərindən biridir. Yüksək xolesterol infarkt və insult kimi müxtəlif xəstəliklərə səbəb ola bilər. Bununla belə, normal xolesterol səviyyəsini saxlamağa kömək edən qidalar var. Ürək-damar sisteminizə müsbət təsir göstərə biləcək dörd qidaya nəzər salaq.

1. Yulaf əzməsi

Yulaf əzməsi yalnız ənənəvi səhər yeməyi deyil, həm də xolesterolu azaldan güclü bir vasitədir. Müntəzəm olaraq bu qidanı yemək xolesterol səviyyəsini aşağı salmağa kömək edə bilər.

2. Qoz - fındıq

Qoz, fındıq, badam və püstə xolesterolu azaltmaq üçün yaxşı vasitədir. Bu qidaların tərkibində ürək-damar sistemi üçün faydalı olan antioksidanlar və vitaminlər var.

3. Avokado

Bu məhsul sağlam yağlarla zəngindir. Bundan əlavə, avokadonun tərkibində bağırsaqlarda xolesterinin udulmasını azalda bilən birləşmələr var.

4. Sarımsaq

Bir çox faydalı xüsusiyyətləri olan qidadır. Tərkibində qan damarlarının vəziyyətinə faydalı təsir göstərən vasitələr var. Sarımsaq müxtəlif yeməklərə əlavə edilə bilər. Lakin çiy yeyilməsi daha yaxşıdır.

.