Xüsusilə Avropa və ABŞ-da olduqca çox insdanda olan yer fıstığı allergiyasına qarşı peyvənd hazırlanıb. Bu həmdə qida allergiyasına qarşı ilk peyvənddir. Peyvənd üçün ilk addımlar atılıb. Amerikanın qida və dərmanların təhlükəsizliyi qurumu FDA bu haqda məlumat yayımlayıb. Yer fıstığı allergiyası zamanı istifadə üçün ağız yolu ilə içilən kapsul formalı peyvənd rəsmi olaraq təsdiqlənib. Beləliklə, xüsusilə fıstığa allergiyaları olanlar artıq alergik şokdan qurtula biləcək. Çünki normalda insanlar nəyə qarşı allergiyalarının olduqlarını bilir və həmin qidalardan uzaq durmağa çalışır. Lakin insanın fərqində olmadan başqa bir qidanın tərkibindəki nəsnələrdən də allergiya ola bilir. Artıq belə bir ehtimal yer fıstığı üçün aradan qalxmış olacaq.
Qeyd edək ki, bundan əvvəl ev tozu,kif göbələyinə qarşı peyvənd hazırlanıb. Həmin peyvəndlərdən insanın bədənində kiçik alergiyalar zamanı istifadə olunurdu. (medicina.az)