İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.
Foodinfo xəbər verir ki, yumurtanı ala-çiy yemək təhlükəlidır. Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.
Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var. Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.
İkinci zərər isə brlə yumurtanın salmonella mikrobuna səbəb olmasıdır. Xüsusilə, immuniteti zəif olan insanlara çiy yumurtadan salmonella mikrobu daha tez keçə bilir.
Bəzi insanlar yumurtanı tam bişmədən, ala-çiy ona görə yeyirlər ki, tərkibindəki faydalı maddələr keyfiyyətini itirməsin, ancaq aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta ilə bişmiş yumurta arasında bu baxımdan ciddi fərq yoxdur.
Odur ki, yuxarıda qeyd olunanlarla üzləşməmək üçün soyutma yumurtanı tam bişəndən sonra yemək məsləhət görülür.
Nurlan
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir