Dietoloq Mariya Malışeva 30 yaşdan sonra imtina edilməsi lazım olan məhsulları açıqlayıb.
Foodinfo.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssis həftədə dörd dəfədən çox qızardılmış qidaların yeyilməsinin piylənmə riskini artırdığını, sağlamlıqla bağlı fəsadlara yol açdığını söyləyib.
Ekspertin sözlərinə görə, 30 yaşdan sonra insanda maddələr mübadiləsi yavaşlamağa başlayır, kollagen istehsalı azalır və mədə xorası, yüksək qan təzyiqi, ateroskleroz, infarkt və ya insult kimi xəstəliklərin yaranma riski artır.
Malışeva az yağlı süd məhsullarından da imtina etməyi məsləhət görüb, çünki yağ çox miqdarda şəkər, kanserogen maddələr, qlükoza və fruktoza ilə əvəz olunur. Bundan əlavə, qazlı içkilərin tərkibində çox miqdarda şəkər və ya kanserogen maddələr var.
Mütəxəssis rəfinə edilmiş karbohidratlar, marqarin, kərə yağı və ətdən də imtina etməyə çağırıb. Eyni zamanda, dietoloq 30 yaşdan sonra natrium duzu əlavə olunmuş çipsidən və qidalardan imtina etməyi tövsiyə edib.