Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kredit portfeli 112 mln. manat olub.
Foodinfo xəbər verir ki, bunu 2019-cu ilin yekunu ilə bağlı mətbuat konfransında AKİA sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, bu, 2017-ci il ilə müqayisədə 39,81%, 2018-ci il ilə müayisədə 49,88% çoxdur.
M. Əliyev həmçinin bildirib ki, bu il ərzində nağd pul vəsaiti ilə kreditləşdirilmiş kənd təsərrüfatı layihələrinin sayı 704, ayrılmış pul kreditinin məbləği: isə 20 724 min manat olub.
Nurlan