Alkoqolizm bütün dünyada bir çox insana və onların yaxınlarına təsir edən ciddi xəstəlikdir. Həkimlər aludəçiliklə mümkün qədər tez mübarizə aparmağı məsləhət görürlər, lakin məlum olub ki, alkoqoldan qəfil imtina ölümcül ola bilər.

Aztibb.az life.ru-ya istinadən xəbər verir ki, bunu psixiatr-narkoloq Aleksandr Zaxarova deyib.

Həkim izah edib ki, spirtli içkilərin müntəzəm qəbulu ilə əlaqədar insanlarda alkoqoldan asılılıq sindromu formalaşır və belə maddələrin olmaması müəyyən pozğunluqlar yaratmağa başlayır. Alkoqol metabolik proseslərdə qurulur, buna görə də bədən üçün zəruri olur.

Alkoqolun insan psixikasına təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir.

Alkoqoldan imtina ağlın zəifləməsi – demensiya riskini artırır. Alimlər hələlik alkoqoldan tam imtina ilə demensiya arasında hansı əlaqənin olmasını tam açıqlamayıb. Sadəcə bu məqsədlə aparılan tədqiqatlar zamanı müşahidələr bunu deməyə əsas verir.