Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində kadr potensialının gücləndirilməsi üçün epidemioloq, həkim-gigiyenist, standartlaşdırma və sertifikasiya mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, qida məhsulları mühəndisliyi, baytarlıq, aqronomluq və bitki mühafizəsi, eləcə də kimya ixtisasları üzrə mütəxəssislərin işə qəbulu məqsədilə müsahibə elan edir.
Müsahibədə magistratura təhsilli, rus və ya ingilis dili bilənlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunacaqlar.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “AQTİ layihəsi - (aidiyyəti ixtisası)” yazaraq [email protected] e-poçt ünvanına göndərə bilərlər. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: +994 12 377-00-20 (532)