Mütəxəssislərin fikrincə, bu 5 ot sizə arıqlamaqda yardımçı olacaq.
Foodinfo.az “Medicina”ya istinadən xəbər verir ki, artıq çəkidən qurtulmağın bir çox yolu var. Bəziləri yüksək kalorili qidaların istifadəsini məhdudlaşdırır, digərləri fiziki aktivliyi artırır, digərləri isə arıqlamaq üçün həblərə əl atırlar.
Artıq arıqlamaq arzusunda olan insanlar tərəfindən istifadə edilən dərman bitkilərinin üstünlükləri var. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, mədə-bağırsaq traktının işini normallaşdırır, sinir sistemini sakitləşdirir, fiziki dözümlülüyü və fiziki fəaliyyəti artırır.
Həkimlər aşağıdakı bitkilərə diqqət yetirməyi məsləhət görürlər:
Çəmən otu - Müasir tibbdə bitkinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərindən istifadə edilmişdir. Maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa kömək edir. Liflə zəngin olan bitkinin toxumları bağırsaqlarda əmələ gələn lipidlərə və qlükozaya təsir edir.
Qırmızı bibər - piylənməyə qarşı profilaktik tədbir kimi xidmət edə bilər. Müntəzəm olaraq ədviyyat kimi istifadə olunarsa, arıqlamağa kömək edəcək. Çəmənotu kimi qırmızı acı bibər də toxluq hissi yaradır. Maddələr mübadiləsini sürətləndirir və termogenezi yaxşılaşdırır. Bu, bədəndə yağ yandırma sürətini artırmağa kömək edir.
Zəncəfil - kökünün köməyi ilə arıqlamanın təsirini alimlər nadir kimyəvi maddələr olan gingerol və şoqalom ilə əlaqələndirirlər. Zəncəfil maddələr mübadiləsini sürətləndirir, iştahı azaldır və tez arıqlamağa kömək edir. Elmi təcrübələr göstərib ki, zəncəfilin içki şəklində qəbulu həm ümumi bədən çəkisini, həm də qarın yağını azaltmaq qabiliyyətinə malikdir.
Yaşıl çay – qədim zamanlarda ömrü uzatmaq kimi qiymətləndirirdilər. Onun əsasında hazırlanan içkilər xərçəng, insult, infarkt və digər ciddi xəstəliklərin kompleks terapiyası və qarşısının alınmasında istifadə olunur.
Yaşıl çay qanda "pis" xolesterinin səviyyəsini aşağı salir, yaddaşı stimullaşdırdığı, beyin fəaliyyətini yaxşılaşdırdığı, sümükləri və qan damarlarını gücləndirdiyi sübut olunub. Tərkibindəki antioksidant maddələr mübadiləsini yaxşılaşdırır və yağların yandırılmasını və arıqlamağa kömək edir.
Çobanyastığı - içkisi sinir sistemini sakitləşdirir, soyuqdəyməni müalicə edir və bədəndən artıq mayenin çıxarılmasına gətirib çıxardır. Həzm funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, yağların daha sürətli yanmasına kömək edir.